Modern.az

TƏBİB-dən “Semaşko”da müalicə edilən xəstənin görüntüləri ilə bağlı AÇIQLAMA

TƏBİB-dən “Semaşko”da müalicə edilən xəstənin görüntüləri ilə bağlı AÇIQLAMA

Ölkə

22 İyun 2020, 10:12

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) sosial şəbəkələrdə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") koronavirusdan müalicə alan xəstələrə laqeyd münasibət göstərilməsi məsələsinə münasibət bildirib.

 

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, ahzırda həmin görüntülər araşdırılır:

 

“Araşdırma nəticələrilə bağlı müvafiq tədbirlər görüləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”.

 

Xatırladaq ki, yayılan görüntülərdə KTM-də müalicə alan xəstə gün ərzində cəmi bir ədəd üzəri çin dilində yazılı olan adi qrip əleyhinə olan dərman preparatı verildiyini və həkimlərin maraqlanmadığını, ümumiyyətlə həkim üzü görmədiyini iddia edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər