Modern.az

"Eurovision 2012"nin 1-ci yarımfinalının qalibləri seçildi - SİYAHI

"Eurovision 2012"nin 1-ci yarımfinalının qalibləri seçildi - SİYAHI

23 May 2012, 05:05


Modern.az
xəbər verir ki, mayın 22-dən 23-nə keçən gecə "Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin 1-ci yarımfinalı keçirilib. İlk yarımfinalda 18 ölkə təmsilçisi yarışıb.

Bunlar aşağıdakı ifaçılar olub.

Rambo Amadeus (Monteneqro) - "Euro Neuro"
Qreta Salome & Yonsi (İslandiya) - "Mundu Eftir Mér"
Eleftheria (Yunanıstan) - "Aphrodisiac"
Anmari (Latviya) - "Beautiful Song"
Rona Nişliu (Albaniya) - "Suus"
"Mandinga" (Rumıniya) - "Zaleilah"
"Sinplus" (İsveçrə) - "Unbreakable"
Laura van den Bruel (Belçika) - "Would You?"
Pernilla Karlsson (Finlandiya) - "När Jag Blundar"
İzabo (İsrail) - "Time"
Valentina Monetta (San Marino) - The Social Network Song (Oh Oh - Uh - Oh Oh)
İvi Adamou (Kipr) - "La La Love"
Soluna Samay (Danimarka) - "Should've Known Better"
"Buranovskiye babuşki" (Rusiya) - "Party for everyp"
"Compact Disco" (Macarıstan) - "Sound Of Our Hearts"
"Trackshittaz" (Avstriya) - "Woki Mit Deim Popo"
Paşa Parfeni (Moldova) - "Lăutar"
"Jedward" (İrlandiya) - "Waterline"

1-ci yarımfinalın yekunu üzrə səsvermə nəticəsində finala 10 ifaçı vəsiqə qazanıb. Bunlar  Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya və İrlandiya təmsilçiləri olublar. Püşkatmanın nəticələrinə görə, “Eurovision-2012” mahnı müsabiqəsinin finalında Rumıniya 14-cü, Moldova 26-cı, İslandiya 7 -ci, Macarıstan 2-ci, Danimarka 15-ci, Albaniya 3-cü, Kipr 8-ci, Yunanıstan 16-cı, Rusiya 6-cı, İrlandiya isə 23-cü çıxış edəcək.

2-ci yarımfinal mayın 24-də, final isə mayın 26-də keçiriləcək.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?