Modern.az

Samuxda "Eurovision"a qarşı təbliğat aparan iki molla saxlanılıb

Samuxda "Eurovision"a qarşı təbliğat aparan iki molla saxlanılıb

Aktual

23 May 2012, 10:42

Samux rayonunda iki dindar saxlanılıb. Samux rayon Polis Şöbəsindən Modern.az-a verilən məlumata görə, Şəmkir rayonundan olan iki ruhani "Eurovision" mahnı müsabiqəsinə etiraz edərək, əhali arasında antitəbliğat aparırmışlar. Buna görə polis onları saxlayıb. Məlumatda bildirilir ki, onlar Şəmkirdə tanınan ruhanilər olublar və camaata "Eurovision"nun ölkəyə ziyanlı olduğunu aşılayırmışlar.
"Eurovision"a öz etirazlarını bildirən hacı Əli 6, hacı Aqil isə 10 sutkalıq həbs ediliblər.
Qeyd edək ki, son vaxtlar İranın molla rejimi Azərbaycan əleyhinə bu cür təbliğat aparır. Görünür şəmkirli dindarlar da İranın “dəyirmanına su tökən” mollalardandır...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı