Modern.az

Azərbaycanlı müğənniyə Türkiyədə həbs cəzası verilib

Azərbaycanlı müğənniyə Türkiyədə həbs cəzası verilib

23 May 2012, 10:52

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azəri qızı Günel adı ilə tanınan müğənni Günel Zeynalova barəsində Türkiyədə həbs qərarı çıxarılıb.

O, 9 ay azadlıqdan məhrum oluna bilər. Bu barədə İstanbul Məhkəməsi müğənniyə hökm oxuyub. Azərbaycan əsilli iş adamı Rza Zərrab ilə bir müddət əvvəl eşq həyatı yaşayan Günel ayrıldıqdan sonra Rza Zərraba aid olan telefon danışıqlarını yaydığı üçün keçmiş sevgilisi tərəfindən məhkəməyə verilib. Məhkəmə isə sözügedən qərarı çıxarıb.

Sonradan məhkəmə yenidən cinayət törətməyəcəyi qənaətiylə cəzanın hökmünün açıq saxlanılmasına qərar verib. Yəni, hələlik nəzarətdə saxlanılacaq Günel Zeynalova hər hansı cinayət törədərsə, həbsə atılacaq.

Qeyd edək ki, müğənninin keçmiş sevgilisi, iş adamı və bəstəkar Rza Zərrab hazırda Türkiyənin ən məşhur sənətçisi Ebru Gündeşlə evlidir.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir