Arxiv
14 Yanvar 2010, 16:24 | PARLAMENT
İlin fəal deputatlarının mükafatlandırılmasından fotosessiya

Dövlət İncəsənət Muzeyində Parlament Jurnalistləri Birliyinin Azərbaycan Respublikası Milli Məclisində akkreditə olunmuş jurnalistlər arasında keçirdiyi sorğu əsasında qalib olmuş 2009-cu ilin fəal millət vəkillərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri İctimai Televiziyanın əməkdaşı Leyla Əliyeva aparıb. O, bildirib ki, Parlament Jurnalistləri Birliyi artıq 4 ildir ki, hər il Milli Məclisdə fəallığı ilə seçilən millət vəkillərinin adlarını müəyyənləşdirir. Bu məqsədlə hər il parlamentdə akkreditə olunan jurnalistlər arasına sorğu keçirilir. Bu il sorğu iştirakçıları dörd nominasiya üzrə qalibləri müəyyənləşdiriblər. Bunlar “Plenar iclaslarda fəal çıxış edən deputat”, “Seçici hüquqlarının müdafiəsi ilə daha fəal məşğul olan deputat”, “Beynəlxalq təşkilatlarda Azərbaycanı daha fəal təmsil edən depuat” və “Qanunvericilik təşəbbüsü ilə fəal çıxış edən deputat” nominasiyalarıdır.

Daha sonra Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı çıxış edib. O, tədbirə sponsorluq edən "Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinə daim jurnalistlərlə əməkdaşlıq etdiyinə, mətbuatın inkişafına yönəlik layihələrin reallaşmasını dəstəkləyibə görə təşəkkür edib. E.Eyvazlı “Qaradağ Sement"i  Azərbaycanda sosial korporativ məsuliyyət hissinə diqqətlə yanaşan tək-tük şirkətlərdən biri adlandırıb. Bildirib ki, bu qurum yalnız bizneslə məşğul olmur, vətəndaşların sosial rifahının yaxşılaşmasına gətirib çıxaran layihələrə qol qoyur.
Tədbirin aparıcısı Leyla xanım isə deyib ki, mərasimin Dövlət İncəsənət Muzeyində keçirilməsi də təsadüfi deyil. Çünki daim mədəniyyət sahəsini diqqətdə saxlayan "Qaradağ Sement" cəmiyyətin diqqətini bir daha bu gözəl muzeyə yönəltmək niyyətində olub.
Daha sonra "Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi çıxış edib.

Nəhayət aparıcı ilk nominasiyanın qalibini elan edib. “İlin qanunvericilik təşəbbüsü ilə ən fəal çıxış edən deputat” nominasiyası üzrə qalib millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO VƏ İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva olub. Onun təşəbbüsü ilə 2009-cu ildə Novruz bayramı ərəfəsində qəbul edilən Amnistiya aktı nəticəsində bir gündə 9 min insan sevinib, onlardan 1500 nəfəri azadlığa çıxıb. Beləliklə, Mehriban Əliyeva  “Qanunvericilik təşəbbüsü ilə ən fəal çıxış edən deputat” nominasiyasının qalibi elan olunub. 
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı deyib ki, Müeriban Əliyevanın ödülü Heydər Əliyev Fondunda onun özünə təqdim olunacaq. 

Sonra "Seçici hüquqlarının müdafiəsi ilə daha fəal məşğul olan deputat” nominasiyasının qalibləri elan olunub. 

"Bu qalibimiz indi jurnalistlərdən daha çox, Qeyri Hökumət Təşkilatlarının dostudur. QHT-lərin inkişafına çalışan, onlara aid problemlərin həlli uğrunda mübarizə aparan Azay Quliyevdir"-deyə aparıcı növbəti nominantı elan edib. 

Növbəti qalib – millətçiliyi ilə seçilən  Fazil Mustafa elan olunub. Aparıcı deputatı belə xarakterizə edib: "Jurnalistlər hesab edirlər ki, bu deputat da plenar iclaslarda çox fəallıq nümayiş etdirir, həm qanunvericilik təşəbbüsü ilə çıxış edir, həm də daim seçicilərinin hüquqlarının müdafiə edir".

L.Əliyeva növbəti qalibi  belə elan edib: "Bir deputat var, münasibəti oldu, olmadı jurnalistlər onu özlərinə dost hesab edirlər. Həmin deputat da hansı qəzetdə işləməsindən asılı olmayaraq hər bir jurnalistə eyni cür yanaşır, KİV nümayəndələrinə həmişə təmkinlə cavab verir. Hər kəs tərəfindən sevilən deputat Aydın Mirzəzadə".

Növbəti qalib Vahid Əhmədov belə təqdim olunub: "Elə ki, məclisdə iqtisadiyyata dair hansısa sənəd müzakirə olundu, jurnalistlər şərh üçün mütləq ona müraciət edirlər. Bir də ki Quba ilə bağlı məlumat almaq istəyəndə də məhz bu deputata üz tuturlar. İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov".

Adı qaliblər sırasında olan Pənah Hüseyn səhnəyə bu cür təqdimatla çağırılıb: "Əgər Milli Məclisin fəal deputatlarından söhbət gedirsə, bu millət vəkilinin adını çəkməmək olmaz. Bütün məsələlərə münasibət bildirir, daim söz demək uğrunda  mübarizə aparır. Jurnalistlər çox yaxşı bilirlər ki, əgər cari məsələlər elan olundusa, deməli mütləq onun köməyilə qalmaqal olacaq. Bu, Pənah Hüseyndir".
Amma səhnəyə çıxan Pənah Hüseyn anlaşılmayan səbədən mükafatdan imtina edərək mərasim zalından çıxıb.
Pənah Hüseynin bu addımı tədbirin gedişatını pozmayıb.

Növbəti qalib barədə aparıcının elanı: "Mümkün deyil ki, Milli Məclisdə sosial-iqtisadi məsələlər müzakirə olunsun, amma bu deputat bir söz söyləməsin. Beləliklə “İlin fəal deputatı” nominasiyasının növbəti qalibi Əli Məsimlini səhnəyə dəvət edirik".

"Bəzən jurnalistlər bu deputatı – bütün məsələlər üzrə ekspert adlandırırlar. Siyasət, sosial,  iqtisadiyyat  hətta mədəniyyət  məsələlərindən şərh edə bilir, hər hadisənin  nəbzini  tutur. Hər sahənin mütəxəssisi kimi danışır, mürəkkəb terminlərdən istifadə edir. Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc"-deyə Leyla Əliyeva bildirib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin təqdimatı: "Bu millət vəkili çəkinmədən Amerikanı da tənqid edir, öz hökumətimizi də. Hər dəfə də orijinal təklif və tələblər səsləndirir".

"Seçici hüquqlarının müdafiəsi ilə fəal məşğul olan deputat”lar belə təqdim olunub.

"İlk qalibimizi elan edirik. bu xanım deputat demək olar hər il jurnalistlərin sorğusunda bütün nominasiyalarda qalib çıxır. Hətta bəzən öz həmkarları da onun bu cür enerjili olmasına, hər bir işə vaxt çatdırmasına heyrətlənirlər. Bu xanım səhər Tovuzda seçicilərlə görüşür, günorta Bakıda Milli Məclisdə olur, axşam Türkiyədə tədbirlərdə iştirak edir. Beləliklə, səhnəyə Qənirə Paşayevanə dəvət edirik"-deyə aparıcı bildirib.

Cəmil Həsənlinin təqdimatı: "Azərbaycanda arxivlə işləyən bir neçə tarixçi alimlərimiz var. Parlament jurnalistləri çox sevinirlər ki, belə insanlardan biri ilə tez-tez Milli Məclidə görüşmək imkanına malikdirlər. Həmin insan hamının hörmətini qazanmış deputat Cəmil Həsənlidir".  

Nazim Məmmədov barədə: "Jurnalistlərin arasında həqiqəti deyən deputat kimi tanınır. İqtisadiyyat sahəsi üzrə mütəxəssis kimi ad qazanan bu deputat eyni zamanda gədəbəylilərin də dərdlərini unutmur".

Növbəti nominant: "Sabir Rüstəmxanlı – soyad sonluqların milliləşdirilməsi məsələsinin gündəmə gəlməsində məhz bu deputata borcluyuq. Bu məsələni parlamentdə gündəmə gətirən o, olub və özü də ilk olaraq nümunə göstərib".

"Jurnalistlərin arasından çıxıb millət vəkili kürsüsünə qədər yüksəlməyi bacarıb. İndi də həm cənub zonasından olan seçicilərinin, həm də ümumiyyətlə sosial məsələlərin həlli uğrunda vuruşur"-deyən aparıcı millət vəkili Elmira Axundovanı səhnəyə çağırıb.

Deputat Fuad Muradovun təqdimatı: "Xarici ölkə parlamentləri arasında yalnız Almaniya bundestaqı Dağlıq Qarabağı münaqişəsinə real qiymət verib və Azərbaycanın işqal edilmiş torpaqlarının boşaldılmasını Ermənistandan tələb edir. Bu məsələnin gerçəkləşməsində deputatlarımızdan birinin böyük rolu var. Gəncləri,  xüsusilə Səbayel seçicilərini unutmur. Jurnalistlərin də yaxşı tanıdığı millət vəkilidir".

Daha sonra beynəlxalq təşkilatlarda Azərbaycanı daha fəal təmsil edən deputatların adlarını açıqlanıb.

Nizami Cəfərovun təqdimatı: "Bir neçə ay əvvəl Türkdilli Dövlətlərin Parlament Assambleyası təsis olundu. Bu qurumun yaradılması ideyasının Azərbaycan mətbuatında gündəmdə saxlanmasında bu komitə sədrinin böyük rolu olub. Milli Məclisdə daim türkçülük ideyalarını səsləndirən Nizami Cəfərov".

Modern.az qalibləri mükafatlandırma mərasimindən fotosessiyanı təqdim edir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi 21 Avqust 2019, 22:02 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34 Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu 21 Avqust 2019, 21:19 Fazil Mustafa Qabil Hüseynlinin müdafiəsinə qalxdı 21 Avqust 2019, 21:02 Almaniyada azərbaycanlı miqrantlarla kütləvi dava: Xüsusi təyinatlılar işə qarışdı 21 Avqust 2019, 20:46 “Müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər yadlaşıb” - Vüqar Rəhimzadə 21 Avqust 2019, 20:33 Bakıda velosiped oğrusu yaxalandı 21 Avqust 2019, 20:18 Qazaxda Rusiya vətəndaşı öldü 21 Avqust 2019, 20:03 Prezident Vergi Məcəlləsində dəyişiklik etdi 21 Avqust 2019, 19:58 Müsabiqənin yazılı imtahan mərhələsi keçirilib - FOTO 21 Avqust 2019, 19:50 İcra başçısı vətəndaşların problemlərin həlli ilə bağlı göstəriş verdi - FOTO 21 Avqust 2019, 19:46 Küçələrin işıqlandırılması "Azərişıq" ASC-nin səlahiyyətində deyil 21 Avqust 2019, 19:42 Bakıda uşağını zəncirlə bağlayan anaya cinayət işi açıldı - RƏSMİ 21 Avqust 2019, 19:33 Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub     21 Avqust 2019, 19:23 Azercell-in Rəqəmsal Dünyası Lənkəranda   21 Avqust 2019, 19:12 Nəticələr açıqlandı 21 Avqust 2019, 19:03 Prezident onları təltif etdi - SİYAHI 21 Avqust 2019, 18:56 Sabir Nağıyevə general-leytenant rütbəsi verildi- Sərəncam 21 Avqust 2019, 18:46 Aktyor Məhərrəm Qurbanov vəfat etdi   21 Avqust 2019, 18:21 AFƏRİN deyirik! Halal olsun SİZlərə!!! 21 Avqust 2019, 18:11 Azərbaycan-Gürcüstan sərhəd məsələləri üzrə komissiyanın növbəti iclası sentyabrda Tbilisidə keçirilə bilər 21 Avqust 2019, 18:00 Daxili işlər nazirindən yol polisinə yeni TƏYİNAT 21 Avqust 2019, 17:53 “Sığortalı gələcək” proqramına start verilib 21 Avqust 2019, 17:47 Şüurlu vətəndaşlığın adi tələbi 21 Avqust 2019, 17:44