Modern.az

Türkiyə səfiri Goranboya, oradan da Gəncəyə gedib

Türkiyə səfiri Goranboya, oradan da Gəncəyə gedib

23 May 2012, 15:14

Modern.az xəbər verir ki, mayın 23-də Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Goranboy rayonunda olub. Diplomat səfər çərçivəsində rayon rəhbərliyi ilə ikitərəfli görüş keçirib, türkiyəli iş adamlarının yaratdığı istehsal müəssisələrinə baş çəkib. Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev qardaş Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Qeyd edib ki, ölkəmizin bütün regionlarında olduğu kimi Goranboyda da dövlət proqramına uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilir.
Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç artıq Goranboya üçüncü dəfə səfər etdiyini və hər səfərində rayonun sosial iqtisadi inkişafında yeniliklərin şahidi olduğunu söyləyib. Səfir rayondakı Heydər Əliyev Mərkəzinə də gəlib. Türkiyəli diplomat mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Sonra səfir türkiyəli iş adamlarının Goranboyda yaratdığı istehsal sahələri ilə tanış olub.
Məlumat verilib ki, türkiyəli sahibkarlar tərəfindən rayonda 15 çeşiddə tikinti materialları istehsal olunur. Görüşdə Goranboyun potensial imkanları yüksək qiymətləndirilib və imkanlardan gələcəkdə türkiyəli iş adamlarının faydalana biləcəyi vurğulanıb.
Qeyd edək ki, Hulusi Kılıç günün ikinci yarısı Gəncə şəhərində səfərdə olacaq. Səfəri çərçivəsində rəsmi qonaq Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyelə görüşəcəyi gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi