Modern.az

İstanbulda daşqınlar 1 nəfərin həyatına son qoydu

İstanbulda daşqınlar 1 nəfərin həyatına son qoydu

23 İyun 2020, 23:39

İstanbulda baş verən daşqınlar zamanı 1 nəfər dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, 112 təcili yardım briqadası hadisə yerinə cəlb edilib. Fahrettin Kocanın sözlərinə görə, təbii hadisə zamanı xəsarət almış daha 4 nəfərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Bursa vilayətində güclü yağışlar fəsadlarla nəticələnən sel və daşqınlara səbəb olub. Bursa əyalətinin Kestel rayonunda baş verən sel və daşqınlar nəticəsində 5 nəfər ölüb. Kestel rayonuna bağlı Dudaklı, Narlıdərə, Aksu və Kayacık məhəllələrini sel basıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir