Gürcüstanda son sutka ərzində koronavirusa 3 yeni yoluxma halı qeydə alınıb. Modern.az-ın Gürcüstan KİV-nə istinadən xəbər verir ki, qonşu ölkədə koronavirusa yoluxanların sayı 914 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2744 nəfər karantində saxlanılır. Yoluxanlardan 768 nəfər sağalıb, 14 nəfər isə dünyasını dəyişib.
Hazırda aktiv koronavirus xəstələrinin sayı 132 nəfərdir.