Modern.az

Azərbaycan Evinin rəhbəri Ərdoğana təşəkkür ünvanladı

Azərbaycan Evinin rəhbəri Ərdoğana təşəkkür ünvanladı

Dünya

24 İyun 2020, 23:28

Türkiyə İğdır Azərbaycan Evi-nin rəhbəri Serdar Ünsal Türkiyə prezidentinə təşəkkür ünvanlayıb.

 

Modern.az xəbər verir ki, diaspor üzvü Türkiyədə erməni riyakarlığına qarşı olan quruluşun yaradılmasını müsbət hal kimi qiymətləndirib.


"İmperialist yalan olan "qondarma" erməni soyqırımı iddialarına cavab kimi muxtar və sivil bir quruluşun yaranması ilə bağlı təlimat bizi çox sevindirdi. Bu səbəbdən Türkiyə prezidenti Ərdoğana təşəkkür edirik.


Bu gün erməni diasporu müxtəlif yollarla bütün dünyanı aldatmağa çalışır. Prezident Ərdoğanın bu sahədə boşluğu görərək Ermənistanın yalan və iftiralarına cavab verəcək bir qurumun yaradılması ilə bağlı təlimatı bizləri məmnun edir.



Erməni yalanlarına qarşı Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası olaraq hər zaman münasibət bildirmişik. Bundan sonra da bu mübarizə davam edəcək. Yeni təlimata əsasən yaradılan quruma da hər cür dəstək verməyə hazırıq".

Türkiyə və Azərbaycanın erməni yalanlarına qarşı birgə mübarizə aparmaq üçün birləşməsini deyən Azərbaycan Evi rəhbəri xalqı ermənilərin törətdiyi soyqırımlar barədə məlumatlandırmağın vacib olduğunu da deyib. O bildirib ki, bu istiqamətdə yazılan kitablar da Avropa ölkələrində və ABŞ-da yayılmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?