Bu gün deputat Ziyad Səmədzadənin 80 yaşı tamam olur.
Modern.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova Ziyad Səmədzadəni Prezident İlham Əliyev tərəfindən ordenlə təltif olunması münasibətilə təbrik edib.
Deputat həmkraları onu alqışlayıblar.
Spiker qeyd edib ki, bu təkcə Ziyad müəllim üçün deyil, bütün Milli Məclis üçün sevindirici hadisədir.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Ziyad Səmədzadəni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.