Modern.az

Rusiyada Konstitusiyaya dəyişikliklər üçün referendum başladı

Rusiyada Konstitusiyaya dəyişikliklər üçün referendum başladı

25 İyun 2020, 11:50

Rusiyada Konstitusiyaya dəyişikliklər nəzərdə tutan referendum bu gün səhər saatlarından başlayıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hər gün yerli vaxtla saat 08:00-dan 20:00-a qədər seçki məntəqələri açıq olacaq. Səsvermə iyulun 1-nə qədər mümkün olacaq.

 

Rusiya Təhlükəsizlik Şurasının Baş katibinin müavini Dmitri Medvedev artıq referendumda səs verib.

 

Xatırladaq ki, Konstitusiyaya dəyişikliklər aprelin 22-nə planlaşdırılsa da, koronavirus pandemiyasına görə, təxirə salınmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi