Modern.az

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum oldu

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum oldu

24 May 2012, 11:36

Milli Məclisin növbəti iclası mayın 29-da keçiriləcək. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Akif Təvəkküloğlu plenar iclasının gündəliyi barədə də məlumat verib.
Onun sözlərinə görə, Milli Məclisin növbəti iclasında “2011-ci ilin dövlət büdcəsinin icrası haqqıda” qanun layihəsi, “Büdcə sistemi haqqında” qanuna dəyişiklik, “Mühasibat uçotu haqqda” qanun layihəsinə dəyişiklik, “Azərbaycan Respublikasının ticarət gəmiçiliyi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında” qanun layihəsi, “Patent haqqında” qanuna dəyişikliklər, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna dəyişikliklər, “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

A.Təvəkküloğlu qeyd edib ki, ümumilikdə parlamentin gündəliyinə 10 məsələ çıxarılacaq.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı