Modern.az

Telejurnalist Hacı Nuranı Türkiyəyə apardılar

Telejurnalist Hacı Nuranı Türkiyəyə apardılar

24 May 2012, 11:47

“Xəzər” telekanalında yayımlanan “Xeyir körpüsü” verilişinin aparıcısı Hacı Nuranın səhhətində ciddi problemlər yaranıb. Bu barədə Modern.az-a televiziya rəhbərliyindən məlumat verilib. Hacı Nuran səhhətində yaranmış problemlərə görə həkimlərin məsləhətiylə Türkiyənin Ankara şəhərinə göndərilib.

Bir çoxlarının köməyinə çatan “Xeyir körpüsü” verilişinin növbəti buraxılışlarının yayımı isə sual altındadır.

Qeyd edək ki,  “Xeyir körpüsü” verilişi artıq uzun müddətdir “Xəzər” telekanalında yayımlanır.  Bu veriliş vasitəsilə bir çox xəstə, köməyə ehtiyacı olan insanlara ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən yardım göstərilib, müalicələri təşkil olunub.

Sevinc İLTİFATQIZI  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı