Modern.az

Belaruslu ekspert: “Azərbaycanla münasibətlərimiz dünyaya nümunə sayılmalıdır”

Belaruslu ekspert: “Azərbaycanla münasibətlərimiz dünyaya nümunə sayılmalıdır”

Aktual

25 İyun 2020, 15:58

"Azərbaycan ilə Belarus yeni koronavirus pandemiyası dövründə iqtisadi əlaqələrini dərinləşdirmək baxımından nümunə sayıla bilər". Modern.az xəbər verir ki, bunu “Pandemiyadan sonrakı dövrdə Azərbaycan – Belarus münasibətləri” vebinarında Belarus Strateji Araşdırmalar İnstitutunun sədri Oleq Makarov bildirib.

“Aramızdakı münasibətlərdə rəqabət yox, bir-birini tamamlamaq, qarşılıqlı fayda var. Münasibətlərimizdə hansısa pozulma nöqtəsi görmürük. Dünya bazarlarının tənəzzül etdiyi bir vaxtda Azərbaycan ilə Belarus nümunə təşkil edə bilər. Bizim risklərdən çox üstünlüklərimiz var”, – o deyib.

 

Politoloq həmçinin Belarusa yeni koronavirusa qarşı mübarizədə verdikləri dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib: “Məsafə baxımdan uzaq olsaq da, ölkələrimiz bir-birinə çox yaxındır. Bunun amilləri arasında prezidentlərimizin şəxsi təşəbbüsləri və münasibətləri də qeyd edilməlidir”.

BMTM-in şöbə müdiri Fuad Çıraqov isə bildirib ki, ölkələrimiz bu çətin günlərdə stabillik və təhlükəsizliyə təhdid olan bir sıra çağırış və böhranlarla da qarşılaşıb. Onun sözlərinə görə, regional güclər və dünya güc mərkəzləri ölkələrimizdə xüsusi maraqlara malikdirlər, lakin strateji tərəfdaşlarla qarşılıqlı fayda verən əməkdaşlıq nəticəsində ölkələrimiz regional və dünya siyasətinin obyekti deyil, subyekti qismində çıxış edə bilərlər. Onun sözlərinə görə, qlobal təhdidlərlə mübarizə ilə yanaşı Azərbaycan üçün ərazi bütövlüyünün bərpası məsələsi ən əsas çağırış hesab olunur:

“Gələcək illərdə Azərbaycanın qarşısında heç də asan olmayan vəzifələr var. Bunlara Ermənistan-Azərbaycan münaqişəsinin həlli, işğal olunmuş torpaqların azad olunması, iqtisadiyyatın diversifikasiyası, iqtisadiyyatda qeyri-neft sektorunun payının artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi aiddir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı