Modern.az

İran səfiri hələ Bakıya qayıtmayıb

İran səfiri hələ Bakıya qayıtmayıb

24 May 2012, 12:11

İran Xarici İşlər Nazirliyi tərəfindən ölkəsinə geri çağırılan səfir Məhəmmədbağır Bəhrami hələ də Azərbaycana qayıtmayıb. Bu barədə Modern.az saytına İranın ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfirin nə zaman gələcəyi dəqiq deyil:

“Səfir geri qayıtmayıb. Nə zaman qayıdacağı haqda bizdə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, “Eurovision” yarışmasına qarşı etiraz kampaniyasına başlayan İran  Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami mayın 21-də geri çağırıb.  Buna səbəb kimi, İrana qarşı azərbaycanlıların keçirdiyi etiraz aksiyasında İranın dini liderlərinin təhqir olunması göstərilib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir