Modern.az

Azərbaycanda erməni yalanlarına qarşı hansı qurum mübarizə aparır?

Azərbaycanda erməni yalanlarına qarşı hansı qurum mübarizə aparır?

Aktual

25 İyun 2020, 17:26

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Osmanlı İmperiyasında 1915-ci il hadisələrinin araşdırılması üçün komitə qurulur. Məlum olduğu kimi, bu hadisələr dünya erməniləri tərəfindən "soyqırım" kimi təqdim olunur. Həmin dövrdə baş verən hadisələr, o cümlədən Azərbaycan tarixinin faciəli səhifələrinə işıq tutacaq. 1918-ci ildə erməni silahlı dəstələri ölkəmizin bir sıra şəhər və kəndlərində Azərbaycan əhalisinə qarşı soyqırım aktları törədiblər.

Mövcud komitə erməni yalanlarının üzə çıxarılması ilə məşğul olacaq və gələcəkdə türklərə qarşı olan təxribatın qarşısını almaq üçün müvafiq işlər görəcək.

Maraqlıdır, Azərbaycanda da diaspor nümayəndələri, tarixçilərdən ibarət belə bir qurumun yaradılması reallaşa bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov bu istiqamətdə işlərin arıq AMEA tərəfindən həyata keçirildiyini bildirib:

"Soyqırım məsələsi 1915-ci ildən bu yana ortaya atılan məsələdir. Bunu ortaya ermənilər özləri atmayıb. Bu məsələ bir neçə xarici qüvvənin əli ilə olan mıəsələdir ki, hazırda da həmin ölkələr Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxır. Azərbaycanda bu işə cavab verən, erməni yalanlarını məhv edən azı 75 ildən çox tarixə malik elmi mərkəz Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnistutudur. Tarix İnistutu bu yalanı ifşa etmək üçün mümkün olmayanı da mümkün edib. 1945-ci ildə Milli Elmlər Akademiyası təsis olanda bu inistut onun tərkibində yaradıldı. Həmin inistutun əməkdaşları ermənilərin ərazi iddialarını ifşa edərək bütün mərhələlərdə onlara layiqli cavab veriblər. 2010-cu ildən 2018-ci ilədək Tarix İnistututu 5 beynəlxalq elmi konfrans keçirib. Bu konfransa Türkiyədən çoxsaylı alimlər gəlib və ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi işğalçı rejimi müzakirə edilib, faktlar nümayiş etdirilib.

Məni sevindirən hal odur ki, prezident İlham Əliyev demək olar ki, beynəlxalq əhəmiyyətli görüşlərinin hər birində İrəvanın ermənilərə güzəştə gedilməsi məsələsinə toxunur.

Türkiyədə bu cür komitənin yaradılması təqdirəlayiqdir. Amma indiyədək belə qurumlar çox olub. Biz Türk Tarix Qurumu, Atatürk Araşdırmalar Mərkəzi ilə buzunmüddətli müqavilələrimiz var və bu istiqamətdə bir sıra konfranslar həyata keçirilib və keçiriləcək".

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?