Modern.az

Rəşad Məcid İradə İbrahimovanın təşəbbüsünə qoşuldu  

Rəşad Məcid İradə İbrahimovanın təşəbbüsünə qoşuldu  

Aktual

25 İyun 2020, 17:48

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də həmkarımız İradə İbrahimovanın təşəbbüsü ilə yaradılmış “Özünü qoru, çevrəni xilas et” devizi ilə Media Hərəkatına dəstək nümayiş etdirib.

 

Rəşad Məcid Modern.az-a açıqlamasında bildirib ki, xanım mətbuat katibinin təşəbbüsü alqışlanmalıdır:

 

“Çünki burada söhbət vətəndaş həmrəyliyindən gedir. Bu baxımdan da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimoavanın Media hərəkatına mən də qoşulmuşam. Eləcə də, “Özünü qoru, çevrəni xilas et”  Media Hərəkatının üzvüyəm. Düşünürəm ki, COVİD-19 pandemiyası ilə mübarizədə qaydalara riayət etməli və hər birimiz tibbi maska taxmalıyıq”.

 

“525-ci qəzet”in baş redaktoru  Media Hərəkatı üzvlərinin jurnalistlərdən ibarət olmasının xüsusi əhəmiyyət kəsb etdiyini də vurğulayıb:

 

“Koronavirusla mübarizədə  əsas  yük polisin üzərinə düşür. Düşünürəm ki, mətbuatımızın, jurnalistlərimizin üzərinə heç də polisdən az yük düşmür. Təbii ki karantin müddətində mediamızın və jurnalistlərimizin  fəallıq nümayiş etdirməsi çox yaxşıdır. Belə bir zamanda “ Özünü qoru çevrəni xilas et” Media hərəkatının yaradılması müsbət haldır. Bu müddət ərzində jurnalistlərimizin təbliğata qoşulmasını alqışlayıram. İnsanları inandırmaq və təhlükənin nə qədər böyük olduğunu onlara göstərmək baxımından polis və inzibati resurslardan daha çox jurnalistlərin təbliğatı və inandırmaq bacarığı üstünlük təşkil edir. Jurnalistlər cəmiyyətimizin üstün təbəqələridir və onlar bu məsələlərdə fəal rol oynamalıdırlar. Hər halda jurnalistlərin fəallığının effektiv nəticələri də ola bilər.Hesab edirəm ki, həmin hərəkata qoşulan media təmsilçiləri və jurnalistlər virusa yoluxmanın qarşısının alınması üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini vurğulayacaq, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcəklər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı