Modern.az

Keçmiş Sovet liderinin oğlu intihar edibmiş

Keçmiş Sovet liderinin oğlu intihar edibmiş

Dünya

25 İyun 2020, 17:49

Bir neçə gün əvvəl ölüm xəbəri yayılan Sergey Xruşşovun ABŞ-da vəfat etməsi barədə məlumat yayılmışdı.

 

Modern.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Sovet İttifaqı Kommunist Partiyasının keçmiş 1-ci katibi Nikita Xruşşovun oğlu başına tapança ilə atəş açaraq intihar etdiyi məlum olub.

Krenston şəhər polisinin mayoru Tod Patalano Sergey Xruşşovun hücuma məruz qalmadığı, atəşi özününü açdığı hesab olunur. Hadisə ilə bağlı cinayət işi açılmayıb.

 

Sergey Xruşşov 1935-ci ildə Moskvada anadan olub. 1958-ci ildə Moskva Energetika İnstitutunu bitirdikdən sonra 1963-cü ildə texniki elmlər doktoru və professor kimi “Eketronmaş” Elmi-Tədqiqat Mərkəzində direktor müavini işləməyə başlayıb. 1991-ci ildən ABŞ-ın Braun Universitetində mühazirələrə oxuyan alim 1999-cu ildə ABŞ vətəndaşlığı alıb. O, ömrünün sonuna qədər həyat yoldaşı Valentina Qolenko ilə Rod-Aylend ştatının Krenston şəhərində yaşayıb.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir