Modern.az

Bakıda yoxa çıxan jurnalist tapılıb

Bakıda yoxa çıxan jurnalist tapılıb

Media

24 May 2012, 12:32

İki gündür ki, gunxeber.com saytının əməkdaşı, Nida Vətəndaş Hərəkatının üzvü Anar Gəraylı yoxa çıxıb. Hadisə baş verən gün onun əynində “sing for democracy” ("Demokratiya naminə oxu") yazılmış köynək, əlində "Nida"nın bukletləri olub. Bu barədə  "Yeni Müsavat" məlumat yayıb.

Ehtimal olunur ki, bunlara görə jurnalist "28 May" metrostansiyası yaxınlığında polis tərəfindən saxlanılıb. Ailəsi də onu iki gündür axtarır.

Hadisə barədə Daxili İşlər Nazirliyinə, 102 xidmətinə məlumat verilib. Ancaq onun taleyi barədə heç bir məlumat verilmir.

***

İki gündən bəri barəsində xəbər olmayan gunxeber.com saytının əməkdaşı, Nida Vətəndaş Hərəkatının üzvü Anar Gəraylı nəhayət, uzun sürən axtarışlardan sonra tapılıb. Nəsimi məhkəməsinin ona 10 sutka həbs cəzası kəsərək izalyatora göndərdiyi məlum olub.

Jurnalisti polisə müqavimət göstərməkdə təqsirləndiriblər.

İş yoldaşlarının dediyinə görə, hadisə baş verən gün onun əynində “sing for democracy” ("Demokratiya naminə oxu") yazılmış köynək, əlində "Nida"nın bukletləri olub və sonuncu dəfə ondan xəbər "28 May" metrostansiyası yaxınlığından gəlib.

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür