Modern.az

Almaniyadan 1,8 milyard dollarlıq yardım

Almaniyadan 1,8 milyard dollarlıq yardım

26 İyun 2020, 00:57

Almaniyanın xarici işlər naziri Heiko Maas, yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı iqtisadi və sağlamlıq böhranının problemlərini həll etmək və ölkənin yenidən qurulması üçün Sudana 1,8 milyard dollar yardım etmək niyyətində olduğunu bildirib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Heiko Maas, videokonferensiya yolu ilə keçirilən Sudan Tərəfdaşlığı Konfransındakı çıxışında hökumətin demokratik islahatlarını tərifləyərək Almaniyaya dəstək verməyə davam edəcəyini söyləyib.

Konfransda Sudan ilə daimi bir siyasi tərəfdaşlığın qurulduğunu bildirən Heiko Maas, konfransın Sudan ilə beynəlxalq birliyin ölkəni yenidən qurulması üçün əməkdaşlıq üçün yeni bir səhifə açdığını söylədi.

Həmçinin, Sudan təcili maliyyə dəstəyinin də COVID-19 epidemiyası səbəb olduğu iqtisadi və sağlamlıq böhranı ilə mübarizədə və ölkənin yenidən qurulması üçün verildiyini bildirən Maas, konfransda Sudana 1,8 milyard dollar bağışlamaq öhdəliyini ifadə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər