Modern.az

“Azərsu” abunəçilərinin sayı 1 milyonu ötüb

“Azərsu” abunəçilərinin sayı 1 milyonu ötüb

24 May 2012, 15:26

Modern.az-ın məlumatına görə, 2012-ci ilin birinci rübündə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 7716 abunəçi və ya 0,7 % artıb. 01 aprel 2012-ci il tarixinə olan məlumata görə, ölkə üzrə 1 093 680 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 97 %-ni əhali, 3 %-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. 2012-ci ilin yanvar-mart aylarında abonent sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib.

“Azərsu” ASC istehlakçıların su sayğacları ilə təmin olunmasına da xüsusi diqqət yetirir. 2012-ci ilin birinci rübündə 11548 abunəçi sayğacla təmin olunmuşdur. Bununla da ölkə üzrə sayğaclı abunəçilərin sayı 523919-a çatmışdır. Hazırda abunəçilərin 48,5 faizi sayğacla təmin olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub