Modern.az

Azərbaycanda məhkəmə hakimi koronavirusdan ÖLDÜ

Azərbaycanda məhkəmə hakimi koronavirusdan ÖLDÜ

Hadisə

26 İyun 2020, 16:19

Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Eyyub oğlu Məmmədov Astarada müalicə aldığı xəstəxanada koronavirusdan 55 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu haqda mərhumun tələbə yoldaşı, millət vəkili Fazil Mustafa bildirib:

"Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!”.

1965-ci il təvəllüdlü Namiq Məmmədov daha əvvəl Bakı şəhəri 14 və 4 saylı Hüquq məsləhətxanalarında vəkil, Ağdam Rayon Məhkəməsində, Şirvan və Şəki Apellyasiya məhkəmələrində hakim işləyib.

Allah rəhmət eləsin…

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu