Modern.az

Prezident Aparatının 8 əməkdaşı koronavirusa yoluxdu

Prezident Aparatının 8 əməkdaşı koronavirusa yoluxdu

26 İyun 2020, 18:00

Qırğızıstan Prezident Aparatının 8 əməkdaşında koronavirus (COVID-19) aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, dövlət başçısı Sooronbay Jeenbekovun rəhbərliyi ilə Moskvaya səfər edən nümayəndə heyətinin iki üzvündə - Aparatın xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkovda və mühafizə xidmətinin bir əməkdaşında koronavirus aşkarlandıqdan sonra Bişkekdə Prezident Aparatının bütün əməkdaşları test veriblər.

Virusa yoluxan 8 əməkdaş ev şəraitində müalicə ediləcək. Aparatın digər əməkdaşları isə onlayn qaydada işləyəcəklər.

 

Qeyd edək ki, Qırğızıstanda son sutkada 250 nəfər virusa yoluxub və xəstələrin sayı 4204-ə çatıb. COVID-19-a yoluxanlardan 43-ü ölüb, 2162-si sağalıb, 1999 xəstənin müalicəsi davam edir.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir