Modern.az

Vüqar Rəhimzadə: “Qocalıqdan qorxmuram, yaş kişinin var-dövlətidir” - MÜSAHİBƏ

Vüqar Rəhimzadə: “Qocalıqdan qorxmuram, yaş kişinin var-dövlətidir” - MÜSAHİBƏ

24 May 2012, 16:57

Bu gün “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin  45 yaşı tamam olur. Modern.az  baş redaktordan müsahibə alıb.

- Vüqar Rəhimzadə ad gününü keçirməyi sevir?

- Bəzən elə olub ki, heç ad günümü xatırlamamışam. Dostlar məni təbrik edəndən sonra yadıma düşüb ki, doğum günümdür.

- Daha çox kimlərlə ad gününüzü qeyd etməyi xoşlayırsınız  ?

- Daha çox ailəmlə ad günümü qeyd etməyə üstünlük verirəm. Onu da deyim ki, belə günləri həmişə ki, günlərdən biri kimi qəbul edirəm.

- Sizin üçün ən əziz hədiyyə nədir?

- Ən sevdiyim hədiyyə diqqətdir.

- Hansı yaş dövrü sizin üçün daha çox yadda qalandır?

- Təbii ki, uşaqlıq dövrüm… Orta məktəbdə oxuduğum illər, həmin vaxtlar qəzetlərlə əməkdaşlıq edirdim, ümumiyyətlə uşaqlıq xatirələrim mənim üçün çox əzizdir.

- Hər il yaşın üstünə yaş gəlir, sizdə necə, heç qocalmaq qorxusu olub?

- Qəttiyyən belə qorxum yoxdur. Yaş kişinin var dövlətidir. Qocalıq yox ucalıqdır.

-  İlk qonararınız nə qədər olub ? 

- Mən 6-cı sinifdə oxuyanda Culfada “Zəfər ”, Naxçıvanda “Şərq  qapısı”qəzeti çıxırdı.  Onlarla əməkdaşlıq edib, təxminən 9-6 manat məbləğində qonarar almışam. İlk qanorarımı topluyub velosiped almışam .

- Vüqar müəllim jurnalistika üçün nələrdən vaz keçib?

-  Mən hesab edirəm ki, jurnalistika mənim həyatımdır. Həyatımı bu işsiz təsəvvür edə bilmirəm. Mənim üçün çox çətin olar. Mən harda olmağımdan aslı olmayaraq istər burda, istər xaricdə hər gün qəzetimlə əlaqə saxlayıram, belə demək mümkünsə peşəmlə, qəzetimlə nəfəs alıram.

- Cəsarətli jurnalist özündə hansı kefiyyətləri daşımalıdır.

- Cəsarətli o jurnalistə deyirəm ki, məqamında qətiyyət göstərsin, öz sözünü yerində deməyi bacarsın, obyektiv, təpərli  olsun. Ümumiyyətlə, qarşısında dayanan həmsöhnətinin yerində özünü təsəvvür eləməlidir. Ürəyində vətənə, xalqa qarşı sevgi hər şeydən önəmli olmalıdır.

- İstərdinizmi vurğunu olduğunuz peşənizi övladlarınız da davam etdirsin?

- Mənim 3 oğlan övladım var. Böyük oğlum bu il məktəbi qurtaracaq. Hal-hazırda 3-cü qrupa hazırlaşır, eyni  zamanda juranalist olmaq fikridə var. Onda fikir tutumuna görə jurnalist olmaq üçün  istedadı var. Çalışqan, cəsarətli olarsa bacarar.

- Bir redaktor üçün gənc jurnalistlərlə işləmək asandır,  yoxsa orta yaşlı nəslin nümayəndələri ilə?

- Peşəsini sevən jurnalistlə işləmək daha çox xoşdur mənim üçün . Elə bizim redaksiyanınn əməkdaşlarının əksəriyyəti daha çox gənclərdir.

- Sizin yaşda jurnalist üçün mövzu seçimi baxımdan maraq dairəsi necədir? 

- Ümumiyyətlə jurnalistika universal sahədir. Jurnalist dövlətinə, xalqına sədaqətli olmalıdır. Bu prizmadan hər bir yazıya, mövzuya yanaşmalıdır.

- Elə olubmu ki, jurnalistikanı tərk etmək istəyəsiniz?

- Qətiyyən, mən səhərlər işə sevinə -sevinə gəlirəm. Doğrudur evə gedəndə də sevinirəm. Amma mən öz işimi çox sevirəm . Baxmayaraq, jurnalistika çətin sahədir. Yenə də sevinirəm ki, vaxtında doğru seçim etmişəm . Mən 1989- cu ildən rəsmən mətbuatda işləyirəm. Həyatımı jurnalistikasız təsəvvür eləmirəm.

- Sizcə jurnalist üçün pensiya yaşı varmı?

- Jurnalist 90 yaşında da öz yaradıcılığını ortaya qoya bilər. Ömrün istənilən çağında əgər sevirsə fəaliyyət göstərə bilər.

- Jurnalistikada ən yadda qalan müsahibiniz kim olub?

- 1990-cı il oktyabrın 9-da ümummilli lider Heydər Əliyevdən müsahibə götürmüşəm. Bu, mətbuatda çalışdığım dövrdə ən yadda qalan hadisə olub. Böyük şəxsiyyətlə, siyasət və dövlət xadimi ilə görüşmək mənim üçün olduqca qürurvericidir. Bu görkəmli şəxsiyyətdən müsahibə götürməyim həyatımda ən unudulmaz hadisədir.

Şahanə RƏHİMLİ 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər