Modern.az

Nizami Cəfərov: “Türkiyə ilə aramızda konfederasiya olacaq”

Nizami Cəfərov: “Türkiyə ilə aramızda konfederasiya olacaq”

24 May 2012, 17:23

Türkiyə mediası Azərbaycan və Türkiyənin əvvəl-axır konfederasiya olacağını yazıb.

Milli Məclisinin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarsı əlaqələr üzrə işçi qrupunun sədri, Azərbaycanda Atatürk Mərkəzinin sədri Nizami Cəfərovdan məsələyə münasibət gəlib. Deputat Modern.az saytına türk dünyasının ziyalıları ilə ortaq dəyərlərin qabardılmasına çalışdıqlarını deyib:

“Uzun zaman bu xalqları bir-birindən ayırmağa çalışıblar. Bizim ortaq çox dərdlərimiz var. Böyük dövlət adamlarımız da hər zaman bunu deyiblər. Digər türk xalqları ilə müqayisədə, Türkiyə ilə Azərbaycan arasındakı münasibət, dil,mədəniyyət və ictimai fikir daha yaxındır. Biz özbək, türkmən, qazax, tatar və qırğızlarla da yaxınıq. Amma bununla yanaşı, Azərbaycanla Türkiyə arasında xüsusi yaxınlıq münasibəti var. Ona görə də biz çalışırıq ki, həmişə türk xalqlarının birliyi üçün nümunə olaq. Öndə olaq və bu birliyi təzahür etdirək. Daha çox ortaq dil məsələsi aramızda müzakirə olunur. Bir vaxtlar elmi məclislərdə Azərbaycan dilçiləri deyirdilər ki, Azərbaycan dili daha çox ortaq dil olmağa layiqdir. Türklər isə türk dilinin layiq olduğunu deyirdilər. İndi çox qəribə bir vəziyyət əmələ gəlib. Biz tez-tez deyirik ki, Türkiyə türkcəsi layiqdir, onlar deyirlər ki, Azərbaycan dili layiqdir. Yəni bu ortaqlıq bizim mənəvi bir sərvətimizdir”.

N.Cəfərov əlifba məsələsi üzərində bəzi işlərin aparılmalı olduğunu deyib. Onun sözlərinə görə, dilimiz arasında bir-iki işarələr var ki, fərqlidir:

“ Türkiyə türkcəsində də “ə” səsi var. Həm də çox geniş yayılıb. O dərəcədə fərq var ki, “ə” ilə “e”seçilir. Azərbaycan dilində olduğu kimi, Türkiyə türkcəsində də “et” ayrı , “ət” ayrı sözdü. Yəni bu cür fərqlənmə varsa, istər-istəməz Türkiyə əlifbasında da “ə” hərfi olmalıdır. Yəni bu heç bir ziyan gətirmir. Eləcə də müəyyən işarələri uyğunlaşdıra bilərik. Buna əlifbanın unifikasiyası deyilir. Bir səs varsa, onun işarəsi bütün dillərdə də eyni olmalıdır. Eyni hərflə ifadə  olunmalıdır ki, biz bir-birimizin yazısını oxuya bilək. Konfederasiya isə bütün türk dünyası səviyyəsində gedir. Bizim aramızda yaxınlaşma, birlik, mərkəzləşmə və ittifaq olacaq”.

Anar Kəlbiyev
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir