Modern.az

Bu unitazı hazırlayan şəxs 35 min dollar mükafat alacaq

Bu unitazı hazırlayan şəxs 35 min dollar mükafat alacaq

Aktual

27 İyun 2020, 16:01

NASA kosmik şirkəti yeni növ unitazın hazırlanması üçün keçirdiyi müsabiqəyə 35 min dollar mükafat qoyub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, belə vacib bir layihəni uğurla həyata keçirmək üçün, texniki tənzimləmələrdən tutmuş, layihədə iştirak edəcək 13 astronavtın iş mühitinə qədər olan hər bir detal nəzərdən keçirilir.

 

Gülməli səslənsə də, kosmosdakı tualet ən vacib hissələrdən biridir.

 

Beynəlxalq Kosmik Stansiyada istifadə edilən modeldən daha kiçik, daha təsirli və daha işlək bir tualet dizayn edənlərin 35 min dollar mükafat alacağı bildirilir.

 

NASA-nın verdiyi açıqlamada Aydakı cazibə qüvvəsinin Yerin cazibə qüvvəsinin təxminən altıda birinə, bədən mayelərinin yavaş hərəkət etdiyi və tualetlərin həm Ayın cazibə qüvvəsində, həm də mikro cazibə mühitində işləməsi üçün işarə edildiyi vurğulanıb.

 

Müsabiqəyə müraciətlər avqustun 17-də başa çatacaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!