Modern.az

Azərbaycan Fransa senatorlarını “qara siyahı”ya salıb

Azərbaycan Fransa senatorlarını “qara siyahı”ya salıb

24 May 2012, 19:08

Modern.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu yaxınlarda Dağlıq Qarabağa səfər edən üç fransalı deputatla bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, həmin deputatlar "qara siyahı"ya salınıb:

"Belə səfərlər münaqişənin nizamlanmasına xidmət etmir, əksinə, mürəkkəbləşdirir. Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib".

 

 E.Abdullayevin sözlərinə görə, Fransalı deputatlar erməni lobbisinin qurbanı olublar. “Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün belə addımlar yolverilməzdir”-deyə mətbuat katibi qeyd edib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?