Modern.az

Zərdabi bütün həyatı boyu xalq maarifi uğrunda mübarizə aparıb”

“Zərdabi bütün həyatı boyu xalq maarifi uğrunda mübarizə aparıb”

Media

28 İyun 2020, 11:19

Azərbaycan jurnalisti, pedaqoqu, maarifçisi və naşiri, islam dünyasının ilk təbiətşünas alimi Həsən bəy Zərdabinin doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin deputatı Etibar Əliyev böyük filosof, akademik Heydər Hüseynova müraciət edərək, onun "Həsən bəy Zərdabi” məqaləsindən bunları xatırladıb:

 

“Zərdabi bir maarifçi kimi bütün həyatı boyu xalq maarifi uğrunda mübarizə aparmışdır. O, xalqın rifahında elmin və maarifin xeyirini təbliğ edirdi. Zərdabi yazırdı ki, bizim xalqımızın düşmənlərin təzyiqi qarşısında duruş gətirə bilməsi üçün elmi və təhsili geniş yaymaq zəruridir. Əgər biz bunu etməsək, mübarizədə məğlub olacağıq. "Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əhvalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər...Siz millət üçün zəhmət çəkirsiniz və bilin ki, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq”.

 

Millət vəkili Etibar Əliyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar