Modern.az

Braziliyada 200 metrlik hündürlükdən düşən futbolçu sağ qaldı - FOTO

Braziliyada 200 metrlik hündürlükdən düşən futbolçu sağ qaldı - FOTO

28 İyun 2020, 14:09

Braziliyanın "Kruzeyro" futbol komandasının yarımmüdafiəçisi Enrike yol qəzasına düşüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə"Globe Esporte" bildirib. 

 

 Nəşrin məlumatına görə, futbolçunun avtomobili 200 metrlik qayalıqdan düşüb. Zərərçəkənin xilas edilməsi üçün dörd yanğınsöndürən maşın cəlb edilib. Qeyd edilir ki, futbolçu şok vəziyyətindədir, bu səbəbdən o, yol-nəqliyyat hadisəsinin səbəblərini izah edə bilməyib. 

 

Futbolçunun meneceri isə qeyd edib ki, Enrike sıyrıntılarla canını qurtarıb, ancaq buna baxmayaraq xəstəxanaya yerləşdirilib. Futbolçu hazırda həkim nəzarəti altındadır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi