Modern.az

Çinli rahib suyun üzərində 125 metr məsafəni qaçmağı bacardı

Çinli rahib suyun üzərində 125 metr məsafəni qaçmağı bacardı

Dünya

28 İyun 2020, 15:25

Çinin Cənubi Şaolin məbədinin rahibi Şi Liliang suyun üstündə yerimək haqqında Bibliyadakı rəvayəti reallaşdırıb.

 

Modern.az Rusiyanın vesti.ru saytına istinadla xəbər verir ki, çinli rahib su hövzəsinin səthində üzən 200 faner lövhədən istifadə etməklə 125 metr qaçmağı bacarıb. O, qaçışın sürəti ilə tarazlığın saxlanmasının ahəngi nəticəsində suda batmamağa nail olub.

 

Şi Liliang təcrübəsinə 8 il əvvəl başlayıb və su üzərində yalnız 18 metr qaçıb. O vaxtdan rahib şəxsi rekordunu hər il yeniləyir. O, ötən il də bu üsulla 120 metr qaçıb. Bu dəfə rekordçu rahib yalnız üçüncü cəhddə nəticəni yaxşılaşdırmağı bacarıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı