Modern.az

Şotlandiyada 130 illik viski tapıldı

Şotlandiyada 130 illik viski tapıldı

Dünya

28 İyun 2020, 15:34

Şotlandiya dağlarında qədim körpünün təmiri zamanı fəhlələr viski ilə dolu butulka tapıblar.

 

Bundan əlavə, metal qutuda 1894-cü ilə aid olan qəzet də aşkarlanıb. Əşyalar yaxınlıqda yerləşən Nyutonmer şəhərindəki muzeyə göndərilib.

 

Modern.az "SKY"-a istinadla xəbər verir ki, 130 yaşı olan viskinin dadına baxmaq istəyənlər çoxdur, lakin çaxırdan fərqli olaraq butulkada olan viskinin dadı illər keçdikcə dəyişir. Viskinin 1890-cı ilə aid olduğu qeyd edilir.

 

Qeyd edək ki, bundan əvvəl ən qədim viski 1907-ci ildə Ernest Şekltonun cənub qütbünə uğursuz ekspedisiyasından sonra Antarktidan tapılan viski şüşəsi hesab olunurdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır