Modern.az

Çoxfunksiyalı sualtı otel binası

Çoxfunksiyalı sualtı otel binası

28 İyun 2020, 16:45

“Water Discus Hotel” sualtı otelin İran körfəzində, Dubay sahili yaxınlığında inşası planlaşdırılır.

 

Modern.az “Arxinovosti” saytına istinadla xəbər verir ki, “Deep Ocean Technology” memarlıq şirkətinin layihəsi əsasında hazırlanan otel binası bir neçə hissədən ibarət olaraq. Belə ki, onun həm suyun altında, həm də üzərində inşa edilməsi nəzərdə tutulub.

 

Layihəyə görə, hotel nömrələri binanın sualtı hissəsində yerləşdiriləcək. Bu qurğunun görünüşü qazma platformasını xatırladır. Otelin bazasında dəniz mühitinin öyrənilməsi və mühafizəsi mərkəzi də yaradılacaq.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir