Modern.az

Türkiyədə 250 illik tarixi olan pendir tapılıb

Türkiyədə 250 illik tarixi olan pendir tapılıb

28 İyun 2020, 16:51

Türkiyənin Van vilayətinin Gürpınar qəsəbəsində yerləşən Hoşap qalasında aparılan arxeoloji qazıntı nəticəsində qədim dövrə aid 4 küp qab tapılıb.

 

Modern.az  Türkiyə KİV-nə istinadla xəbər verir ki, Urartu krallığına aid qalanın yerində XVI əsrdə qurulan və Mahmudi bəylərinin saray kimi istifadə etdiyi Hoşapda tapılan küp qablarda 250 illik tarixi olan qatılaşmış pendir aşkarlanıb.

 

Ekspedisiya üzvləri qeyd ediblər ki, dörd küpdən üçü salamat olub. “Van vilayəti ərazisində insanlar ta qədimdən pendirin tərkibinə göy otlar vuraraq küp halında torpağa basdırırmışlar. Tədqiqatlar nəticəsində bunun tarixi sübutunu kəşf etdik” – deyə, arxeoloqlar bildiriblər.

 

Qeyd edək ki, kirəcləşmiş pendirlər analiz edilmək üçün laboratoriyaya göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir