Modern.az

ABŞ-da koronavirusadan  ölənlərin sayı 125 539 nəfərə çatdı

ABŞ-da koronavirusadan  ölənlərin sayı 125 539 nəfərə çatdı

Dünya

28 İyun 2020, 17:39

Son sutka ərzində ABŞ-da daha 42 min 597 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub, virusa yoluxan 500-dən çox insan həyatını itirib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

 

Bununla da ardıcıl ikinci gündür ki, ölkədə koronavirusa yoluxanların sayı yenə 40 mini keçib. Şənbə günü ölkədə 45 mindən çox virusa yoluxma halı qeydə alınıb.

 

Ümumilikdə, indiyə qədər ölkədə 2 milyon 510 min 323 nəfər koronavirusa yoluxub, 125 min 539 nəfər ölüb. Sağalan xəstələrin sayı isə 679 min nəfəri ötüb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü