Modern.az

Niderlandda alpinistlər üçün qüllə

Niderlandda alpinistlər üçün qüllə

Dünya

28 İyun 2020, 18:05

Niderlandın “Atelyerin Arxitekten” memarlıq şirkətinin mütəxəssisləri Reusel şəhərinin parkında 25 metr hündürlüyündə müşahidə qülləsinin tikintisi işlərini yekunlaşdırıblar.

 

Modern.az xarici saytlara istinadla xəbər verir ki, qüllənin strukturu bir-birinin üzərinə bərkidilmiş 6 polad kubşəkilli “yeşik”dən ibarətdir. Bu “yeşik”lərin 2-si ziyarətçilər üçün tam açıqdır. Üçüncüsündə isə funikulyoru işə salan platforma yerləşdirilib.

 

Qüllənin divarları yaxındakı meşədə yetişdirilən ağac gövdəsindən hazırlanıb. Ziyarətçilərə məsləhət görülür ki, avtomobillərini kənarda saxlayaraq, təbiəti piyada, velosipedlə və ya atla seyr etsinlər.

 

Müşahidə qülləsi şəhərin ən baxımlı obyektlərindən sayılır. O həm də alpinistlərin məşqi üçün nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür