Modern.az

Avropanın daha bir ölkəsi koronavirusdan QURTULDU

Avropanın daha bir ölkəsi koronavirusdan QURTULDU

29 İyun 2020, 09:56

Dünyanın daha bir ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Cənubi Avropada yerləşən San-Marino Respublikasında infeksiyaya yoluxmuş 698 nəfərdən 42-si ölüb, 656 nəfər sağalaraq evə buraxılıb.

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) San-Marinonu koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Aruba, Britaniya Vircin Adaları, Men adası, Qrenlandiya, Fici Aadaları Respublikası, VatikanLaos, QvadelupaSint-MartenBruneyQrenada, CəbəllütariqDominika və Lixtenşteyn koronaviruslu xəstə qalmayıb.

 

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır