Modern.az

“Heç kimin haqqı yoxdur ki, başqasını yoluxdursun” - Fatma Yıldırımdan sərt REAKSİYA

“Heç kimin haqqı yoxdur ki, başqasını yoluxdursun” - Fatma Yıldırımdan sərt REAKSİYA

29 İyun 2020, 14:44

Məlum olduğu kimi Milli Məclisin iyunun 29-da keçirilən iclasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin iki dəfə artırılması barədə layihə müzakirəyə çıxarılıb və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə dəyişikliklər layihəsi qəbul olunub. Dəyişikliklərə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin artırılması nəzərdə tutulur.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Fatma Yıldırımın sözlərinə görə, cərimələrin artırılması vətəndaşların karantin rejiminin qaydalarına əməl etməsində və sosial məsuliyyətinin artırılmasında dövlətin həyata keçirdiyi inzibati tədbirlərin bir hissəsidir:

 

“Mən də öz növbəmdə bu dəyişikliklərin lehinə səs verdim. Çünki bunun artıq bir zərurət olduğunu görürəm, ətrafımda bu dəhşətli xəstəliyə düçar olmuş  tanıdığım insanların sayı gündən günə artmaqdadır. Bu qərar bütün insanların, cəmiyyətimizin hər bir üzvünün təhlükəsizliyinin və sağlamlığının qorunmasına xidmət edir. Bu gün acı reallıq ondan ibarətdir ki, insanlar arasında sosial məsuliyyət hissi çox aşaşğı səviyyədədir. Cəmiyyətdə sanki bir inamsızlıq sindromu var, insanlar fikirləşir ki, mən yoluxmamışamsa, bu xəstəlik yoxdur. Ancaq onlar yaxın ətraflarına diqqətlə baxsalar görərlər ki, virusa yoluxanların sırasında tanınmış şəxsiyyətlər, dövlət məmurları, millət vəkilləri, müxtəlif elm və incəsənət sahəsində çalışan şəxslər, jurnalistlər, həkimlər var. Yəni, cəmiyyətin bütün təbəqələri bu virus qarşısında acizdir. 190-dan artıq vətəndaşımız, həkimlərimiz xəstəlikdən dünyasını dəyişib. Bu, bizə bir xəbərdarlıq deyilmi ki, artıq virus hamının qapısındadır, hər bir ailənin yoluxma riski hər gün artmaqdadır”.

 

F.Yıldırım qeyd edib ki, bu gün dövlətin apardığı təbliğatla yanaşı, hər bir ailədə virusun bir addımlığımızda olması həyəcan siqnalı kimi hər kəsə çatmalıdır:

 

“Ailə dövlətin kiçik bir modelidir, ailədə ictimai qınaq olmalıdır. Hər bir valideyn, ailə üzvü məsuliyyətsilzik və səhlənkarlığa görə, özləri bir-birini qınamalı, tənbəh etməlidir. Bu həyacanın ciddiliyi qəbul edilməldir ki, artıq hər kəsin ailəsi, yaxını qohumu, dost və tanışında bu virusa yoluxanlar var. Hər kəs onu da bilməlidir ki, o daşıyıcıdır və yüzlərlə, minlərlə insanı yoluxdura bilər, bunun mənəvi məsuliyyətini başa düşməlidir, vicdanlı olmalıdır. Heç kimin haqqı yoxdur ki, başqasını yoluxdursun”.

 

Deputatın fikrincə, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev hamıya nümunədir, hər kəs ondan ibrət götürməlidir:

 

“Dövlət başçısı həm pandemiyanın qarşısının alınması üçün qabaqlayıcı kompeks tədbirlər görür, vətəndaşların sağlamlığının qorunması, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi üçün fədakar əmək sərf edir, həm də insanlara çağırış edir, insanları laqeydlikdən uzaq olmağa dəvət edir”.

 

Cərimələrin artırılmasının insanların sosial məsuliyyətinin artmasına və inzibati tədbirlərə mühüm təsir göstərəcəyinə inandığını deyən millət vəkilinin sözlərinə görə, yeni məbləğlərdən sonra belə Azərbaycanda cərimələr digər dövlətlərdən aşağıdır:

 

“Yaxın qonşu dövlətlərə, Gürcüstan və MDB, Avropa ölkələrinə diqqət yetirsək cərimlər Azərbaycandan bir neçə dəfə yüksəkdir və bunun nəticəsidir ki, bu ölkələrdə yoluxma sayı daha aşağıdır. Digər tərəfdən, vətəndaşlarımız başa düşməlidir ki, cərimələrin əsas məqsədi sosial islahdır və ümid edirəm ki, bundan sonra ölkəmizdə virusa yoluxanların sayında azalma müşahidə olunacaqdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi