Modern.az

İnterpol İranın tələbini rədd etdi

İnterpol İranın tələbini rədd etdi

Aktual

29 İyun 2020, 18:52

İnterpol beynəlxalq təşkilatı İran hökumətinin ABŞ Prezidenti Donald Trampın və general Qasım Süleymaninin öldürülməsində iştirak etməkdə günahlandırılan digər şəxslərin beynəlxalq axtarışı ilə bağlı müraciətinə cavab verib.

 

Modern.az xarici mediaya istinadən məlumatına görə, bildirilib ki, təşkilatın konstitusiyasının 3-cü maddəsinə əsasən belə bir addım ata bilməzlər.

 

“İnterpol siyasi, hərbi, dini və irqi xarakterli hər hansı müdaxilə və ya hərəkətə yol verə bilməz”, - deyə açıqlamada qeyd olunub.

 

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani yanvarın 3-də Bağdad aeroportunda ABŞ Silahlı Qüvvələrinin raket zərbələri nəticəsində öldürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi