Modern.az

Eldəniz Quliyev yeni platforma yaratdı

Eldəniz Quliyev yeni platforma yaratdı

29 İyun 2020, 21:04

Bir müddət öncə qalmaqallı şəkildə Milli Şura ilə yollarını ayıran Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev yeni platforma yaradıb.


Modern.az xəbər verir ki, Vətən Dəyərlər Platforması adlanan təşkilat artıq fəaliyyətə başlamağa hazırlaşır.


Bununla bağlı məlumatı sosial şəbəkə hesabında yayımlayan Eldəniz Quliyev VDP-ə qoşulanların sayının gündən- günə artdığını vurğulayıb:
“Artıq onlarla ictimai-siyasi, incəsənət və elm xadimləri üzvlük haqda müraciət ediblər. Onların içərisində xalq artistləri, tanınmış yazıçılar, şairlər, ssenarislər, rejissorlar, alimlər, hüquqşünaslar, hüquq müdafiəçiləri və digər peşə adamları var. Platformanın geniş ictimai təqdimatını 10-15 iyul aralığında keçirməyi planlaşdırırıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı