Modern.az

Azərbaycan son 5 ayda ən çox pomidor ixracından gəlir götürüb

Azərbaycan son 5 ayda ən çox pomidor ixracından gəlir götürüb

İqtisadiyyat

30 İyun 2020, 13:04

2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın 6,9 milyard dollar dəyərində ixrac reallaşdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumatda bildirilir.

 

Məlumatda qeyd olunur ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz azalıb.

Cari ilin yanvar-may ayları ərzində Rusiyaya 271 milyon, Türkiyəyə 144,3 milyon, Gürcüstana 70,5 milyon,  İsveçrəyə 71,5 milyon və Çinə 23,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 5 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 3,6 faiz, İsveçrəyə 26 faiz və Çinə 40.3 faiz artıb.

 

2020-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (123.1 milyon ABŞ dolları) birinci, qızıl ((sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 64.7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (51 milyon ABŞ dolları) üçüncü olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu