Modern.az

Ötən ay Azərbaycanda əcnəbilər 24,3 milyon manat bank əməliyyatı aparıb

Ötən ay Azərbaycanda əcnəbilər 24,3 milyon manat bank əməliyyatı aparıb

30 İyun 2020, 13:30

Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayından etibarən ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub. Bu səbəbdən əcnəbilər tərəfindən bank əməliyyatları ötən ilə nisbətdə az aparılıb.

 

Bu barədə Modern.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

 

Mərkəzdən verilən məlumatda qeyd olunub ki, may ayında xarici vətəndaşların ölkəmizdə bank kartları vasitəsi ilə apardıqları əməliyyatlar 24,3 milyon manat təşkil edib. Ümumilikdə isə 2020-ci ilin yanvar-may ayları ərzində əcnəbilərin Azərbaycanda bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 256 milyon manat civarındadır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər