Modern.az

Azərbaycanlı deputat: “Terror təşkilatları qarşılıqlı əlaqə saxlayırlar”

Azərbaycanlı deputat: “Terror təşkilatları qarşılıqlı əlaqə saxlayırlar”

Aktual

1 İyul 2020, 14:33

İyunun 30-da ATƏT PA-nın, Aralıq Dənizi ölkələri Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası kontekstində terrorizmə qarşı mübarizədə “parlament üzvlərinin rolu” mövzusunda onlayn iclas keçirilib.

 

Bu barədə Modern.az-a məlumat verən Milli Məclisin deputatı Əminə Ağazadə iclasda çıxış edərək, terrorizmin müasir dövrdə ən təhlükəli, çətin proqnozlaşdırılan və hədələyici miqyas alan ciddi təhdidlərdən biri olduğunu qeyd edib:

Azərbaycan da terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Regionun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq, qəsbkarlıq siyasətinin səbəb olduğunu bildirdim. Qeyd etdim ki, yalnız Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı 373, o cümlədən nəqliyyat və kommunikasiya obyektlərində 32 terror aktı törədilib, 2000-dən artıq mülki şəxs həlak və əlil olub. Çixişımda göstərdim ki, terror təşkilatları mütəşəkkil cinayətkarlığın başqa sahələrində fəaliyyət göstərən qruplaşmalarla qarşılıqlı əlaqə saxlayırlar. Belə ki, separatçı rejimlər nəzarət altında saxladıqları ərazilərdən narkobiznes, qanunsuz silah və insan alveri, çirkli pulların yuyulması və digər cinayətkar məqsədlər üçün istifadə edir, əldə olunan gəliri isə terrorçuluğun maliyyələşdirilməsinə yönəldirlər. Terrorçuluqla mübarizə insan hüquq və azadlıqları, cəmiyyət və dövlətin təhlükəsizliyinin təmin edilməsi, terrorçuluğun aşkar edilməsi, qarşısının alınması, bu fəaliyyət nəticəsində mümkün zərərin minimuma endirilməsi, terrorçuluğun yaranmasının, maliyyələşdirilməsinin, ona digər yardımların göstərilməsinin qarşısının alınması məqsədilə həyata keçirilir”.

 

Deputat terrorçuluq cinayətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər” bölməsinin, “İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər” fəslində təsbit olunduğunu da diqqətə çatdırıb:

“Hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi yolu ilə “Terrorçuluğu maliyyələşdirmə”, “Terrorçuluğa açıq çağırışlar”, “Terrorçuluq məqsədi ilə təlim keçmə”, “Dəniz quldurluğu” adlı müstəqil cinayət normaları qəbul olunub. Eyni zamanda xüsusi olaraq vurğuladım ki, Azərbaycan Respublikası hüquqi dövlət olaraq milli cinayət qanunu hesab edilən Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən törədilmə yerindən asılı olmayaraq sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır”.

 

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı