Modern.az

Tural Gəncəliyev Mnatsakanyana: “Mövqeyiniz sülhün gecikməsinə hesablanıb”

Tural Gəncəliyev Mnatsakanyana: “Mövqeyiniz sülhün gecikməsinə hesablanıb”

1 İyul 2020, 16:06

Dünən, Azərbaycan və Ermənsitan xarici işlər nazirlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində cari vəziyyət müzakirə edilib.

Görüş zamanı Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan münaqişəni təhrif etməyə yönəlik cəhd göstərərək, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin erməni icmasını “xalq” kimi qələmə verməyə çalışıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Tağıyev Mnatsakanyanın nitqinə cavab olaraq,erməni tərəfi sülhün əldə olunmasına gecikməyə çalışdığını bildirib:

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq, bəyan edirəm ki, “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var ki, bu da bölgənin erməni və azərbaycanlı icmalarını əhatə edir. Xatırladım ki, Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov Bakıya son səfərlərinin birində “Dağlıq Qarabağ əhalisi” sözlərini işlətmişdir ki, bu da erməni tərəfinə tutarlı bir cavabdır.

 

1992-ci ilin mart ayında keçirilmiş ATƏM-in (indiki ATƏT) Helsinki sammitinin yekun sənədində də qeyd edildiyi kimi, Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə münaqişənin maraqlı tərəfləridir.

Ermənistan Xarici İşlər Nazirinin münaqişənin formatını təhrif etməyə çalışması Ermənistanın qeyri-konstruktiv mövqeyinin daha bir göstəricisidir və yekun sülhün əldə olunmasını gecikdirməyə hesablanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?