Modern.az

QHT Şurası “Real” TV ilə yeni məlumatlandırma kampaniyasına başladı

QHT Şurası “Real” TV ilə yeni məlumatlandırma kampaniyasına başladı

Aktual

1 İyul 2020, 17:35

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövlət başçısı İlham Əliyevin pandemiya ilə mübarizədə cəmiyyətin tam səfərbər olunması, vətəndaşların sosial məsuliyyətinin artırılması və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqları, etdiyi təklif və tövsiyələri əsas götürərək, bir sıra vacib qərar qəbul edib.


Bu barədə Modern.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, Şuranın cari ilin iyun ayının 25-nə kimi QHT-lərlə elektron qaydada imzaladığı SƏLİS qrant müqaviləsi üzrə 290 QHT-nin layihə mövzuları qarşılıqlı razılıq əsasında dəyişdirilib və bu layihələr COVİD-19 ilə mübarizə tədbirlərinə, o cümlədən pandemiyanın yaratdığı problemlərin və çağırışların aradan qaldırılması məsələlərinə yönləndirilib.


Pandemiyaya qarşı mübarizənin effektivliyini artırmaq və vətəndaşların karantin rejimi qaydalarına tam əməl etmələrinə dəstək vermək üçün Şura və “Real2 TV cari ilin mart və may aylarında həyata keçirdiyi “Evdə qal, cəmiyyəti qoru” ictimai nəzarət və maarifləndrimə kampaniyasının davamı olaraq 1 iyul 2020-ci ildən etibarən "Qaydalara əməl et, cəmiyyəti qoru" adlı yeni ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlamaq haqqında da qərar qəbul edilib

“Qaydalara əməl et, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası üç istiqaməti əhatə edəcək:

1) İctimai məlumatlandırma;
2) İctimai nəzarət;
3) İctimai qınaq.

İctimai kampaniya ilk növbədə Operativ Qərargahın ciddi karantin rejimi tətbiq etdiyi Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək.

İctimai monitorinq və məlumatlandırma kampaniyası çərçivəsində ictimai yerlərdə, xüsusilə ictimai nəqliyyatda (metro və avtobuslarda), marketlərdə, apteklərdə, o cümlədən yas mərasimlərində epidemiya əleyhinə rejimin, sanitariya- gigiyena və karantin rejimlərinin tələblərinə, fərdi qoruyucu vasitələrdən istifadə qaydalarına vətəndaşların, həmçinin, fiziki və hüququ şəxslərin əməletmə vəziyyəti yoxlanılacaq.

İctimai monitorinqin effektivliyini artırmaq və karantin rejimi qaydalarının pozulması haqqında məlumatları operativ şəkildə əldə etmək və müvafiq tədbir görmək məqsədilə aşağıda adları qeyd olunan QHT-lərin nəzdində “qaynar xətt” xidməti yaradılır.

Məsuliyyətli vətəndaşlardan xahiş olunur ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozan şəxslər haqqında ərazi üzrə qeyd olunan QHT-lərə dərhal məlumat versinlər.

“Bununla yanaşı vətəndaşları bu cür halları özündə əks etdirən video və foto görüntüləri çəkib Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfovun votsap nömrəsinə (050 388 12 89) göndərməyə çağırırıq. Daxil olunan məlumatlar əsasında Real TV-nin əməkdaşları və QHT-lər həmin ərazidə olacaq və yol verilən qanun pozuntusunu qeydə alacaqlar.

Kampaniya çərçivəsində QHT-lər Real Tv ilə birlikdə vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini çatdıracaq, onlara xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasının vacibliyini izah edəcək, eyni zamanda vətəndaşların fikir və təkliflərini öyrənəcəklər. Monitorinqin nəticələri Real TV, media və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə, həmçinin Operativ Qərargaha təqdim olunacaq.

Bütün QHT-ləri və vətəndaşları dövlətimiz və xalqımız üçün son dərəcə vacib və həyati əhəmiyyət daşıyan ictimai kampaniyada fəal iştirak etməyə, koronavirus pandemiyasına qalib gəlmək üçün üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə və bu bəlaya qarşı aparılan ümummilli mübarizəyə töhfə verməyə çağırırıq”,-deyə QHT Şurasından bildirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir