Modern.az

Mətbuata qayğı ölkə rəhbərliyinin diqqət mərkəzindədir

Mətbuata qayğı ölkə rəhbərliyinin diqqət mərkəzindədir

1 İyul 2020, 18:00

Neçə vaxt idi jurnalist həmkarlarım və mətbuat işçiləri Milli Mətbuatımızın yaradılmasının 145-ci ildönümünün indiki mürəkkəb bir vəziyyətdə-pandemiya dövründə dövlət səviyyəsində keçirilməsini səbirsizliklə gözləyirdilər. Hər zaman mətbuata və jurnalistlərə xüsusi diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti,zati-aliləri cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında“ 30 iyun 2020-ci il tarixli sərəncamı həmkarlarımın bu intizarına son qoydu. Bəli, mətbuata, jurnalistlərə daim xüsusi münasibətilə  seçilən və sevilən dövlət başçımız zamanın hansı vəziyyətdə olmasına baxmayaraq,Azərbaycanda mətbuatın roluna xüsusi dəyər verərək,media mənsublarının səbrsizliklə gözlədikləri yubiley tədbirlərinin dövlət səviyyəsində,respublika miqyasında keçirilməsi üçün humanist qərar qəbul etdi. Sərəncamın preambluasında bir neçə məqam diqqətimi çəkdi.Belə ki,ölkə başçısı maarifçi- publisist Həsən bəy Zərdabi tərəfindən ilk dəfə  Azərbaycan dilində nəşrə başlayan “Əkinçi” qəzetindən bu günə qədər mətbuatımızın keçdiyi şərəfli yolu mərhələrlə diqqətə gətirmiş , onun Azərbaycanın dövlət quruculuğundakı və xalqımızın milli-azadlıq uğrunda mübarizəsindəki,istiqlal ideyalarının yayılmasındakı,milli-mənəvi dəyərlərimizin qorunub saxlanılaraq təbliğindəki rolunu xüsusi fərəh hissi ilə qeyd etmişdir.

 

Mətbuata, jurnalistikaya respublikaya rəhbərliyinin bütün dönəmlərində daim diqqət yetirmiş, dəstəkləmiş Ulu öndər Heydər Əliyevin ənənələrini bu gün şərəflə davam etdirən respublika prezidenti cənab  İlham Əliyev bu sahənin inkişafina xüsusi önəm verir, zəruri tədbirlər həyata keçirir . Bəli, Azərbaycanda mətbuat və söz azadlığı dövlət başçısının siyasətinin əsas elementlərindəndir. Mətbuata, jurnalistikaya dövlət qayğısı yüksək xətlə inkişaf  etdirilir. Sərəncamda dövlət başçısı xüsusi vurğulamışdır ki, respublikada aparılan dəyişiklilər ,islahatlar KİV-i də əhatə etməli, ondan yan keçməməlidir. İlk növbədə peşəkarlığı önə çəkən dövlət başçısı modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsinin medianın inkişafını şərtləndirən başlıca amil olmasını xüsusi olaraq vurğulamışdır. Dövlət başçısının mediaya, belə bir münasibəti yalnız alqışa layıqdir. Dövlət başçısı daim jurnalistlərin peşəkar əməyinə  yüksək qiymət verir, onların sosial, mənzil-məişət problemlərinin həllinə yaxından köməklik göstərir.Fəxri adların, mükafatların verilməsi, mətbuat işçilərinin təmənnasız olaraq mənzillərlə təmin ediməsi cənab Prezidentin məhz doğma münasibətinin göstəricisidir.

 

Mən də, ölkə rəhbərliyinin diqqətində olan jurnalistlərdənəm desəm ,yəqin ki yanılmaram. Prezident sərəncamları ilə “Tərəqqi” medalı və “Əməkdar jurnalist” fəxri adına layiq görülməyim mənimçün sözün əsl mənasında xoşbəxtlikdir.

 

Ölkədə dünyanın hər yerində olduğu kimi pandemiya dövrünün yaşanması, karantin rejminin hökm sürdüyü bir zamanda milli mediamızın mövcud durumunu  nəzərə alan, Milli mətbuatımızın 145 illik Yubileyinin keçirilməsini zəruri sayan cənab İlham Əliyev jurnalistlərin həqiqi dostu kimi bu sərəncami ilə mətbuatımızın tarixində növbəti parlaq səhifə yaratdı.

 

Bütün jurnalistlər,media mənsubları, mətbuat işçiləri adından belə bir yüksək dəyərə görə Respublika Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Ölkə rəhbərini əmin edirəm ki, biz media təmsilçiləri bu yubiley tədbirlərinı mövcud şəraitə, müvafiq qaydalara uyğun olaraq, yüksək səviyyədə keçirilməsi üçün var qüvvəmizi səfərbər edəcəyik. Bununla bağlı müvafiq qurumlara dəstək üçün öz köməkliyimi göstərməyə hazır olduğumu bildirirəm.

 

Qafar Əsgərzadə 

Əməkdar jurnalist ,Pedaqogika üzrə fəlsəfə doktoru,dosent

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər