Modern.az

Lerikdə avtomobil dərəyə aşdı - 3 NƏFƏR ÖLDÜ

Lerikdə avtomobil dərəyə aşdı - 3 NƏFƏR ÖLDÜ

2 İyul 2020, 09:34

Lerikdə ağır yol qəzası baş verib. Modern.az xəbər verir ki, maşının dərəyə aşması nəticəsində ölən və yaralananlar var.

 
Qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. "UAZ" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində üç nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

 

Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı