Modern.az

Dünyanın ən zəngin iş adamının sərvəti REKORD VURDU

Dünyanın ən zəngin iş adamının sərvəti REKORD VURDU

2 İyul 2020, 16:50

Dünyanın ən varlı insanı - “Amazon” şirkətinin sahibi Ceff Bezosun sərvəti 172 milyard dollara çatıb.

Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, şirkətin səhmlərinin 4,4% bahalaşması nəticəsində “Amazon”nun 1 səhminin qiyməti rekord - 2 878 dollara çatıb.

 

Hazırda “Amazon”un 11% səhminə sahib olan Bezos 2020-ci ilin ilk 6 ayında sərvətini 56,7 milyard dollar artırıb.

Bu günə dünyanın ən zəngin insanına məxsus sərvətin maksimal həddi 2018-ci ilin sentyabrında qeydə alınmışdı. Həmin vaxt Bezosun sərvəti 167,7 milyard dollar olmuşdu.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı