Modern.az

Qəbələ RLS-in ərazisində yeni qurum yaradılıb

Qəbələ RLS-in ərazisində yeni qurum yaradılıb

3 İyul 2020, 11:42

“Fəaliyyəti 2012-ci ilin dekabrında dayandırılmış və 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınmış Qəbələ Radiolokasiya Stansiyası («Daryal «RLS) işləmədiyindən , ətraf mühitə heç bir ziyanı  yoxdur. Hazırda Qəbələ RLS İqtisadiyyat Nazirliyinin  strukturuna daxil olan Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindədir”.

Bu fikiləri Modern.az-a açıqlamasında Qəbələ rayonunun baş memarı Təbriz Abdulxalıqov  deyib.

Baş memar bildirib ki, Qəbələ RLS-in ərazisini idarə edən şəxs var:

“Hazırda Qəbələ RLS-nın ərazisinin Qəbələ rayon İcra Hakimiyyətinə aidiyyatı yoxdur. İqtisadiyyat Nazirliyi  tərəfindən MMC yaradılıb. Həmin MMC-yə rəhbərlik edən şəxs də orada oturur. 5-6 nəfər işçisi də var. Ancaq həmin şirkətin nə işlər gördüyü barədə bizə məlumat vermir”.

Təbriz Abdulxalıqovun sözlərinə görə, vaxtilə RLS-də çalışanların ailələri üçün məktəb, uşaq bağçası, kommunal xidmətlər idarəsi fəaliyyət göstərib. Həmin qurumların bəziləri artıq bağlanıb:

“Qəbələ” RLS-in fəaliyyəti dayandırıldığından orada heç bir iş prosesi getmir. Ruslar bu hərbi hissəsəni bir neçə il öncə tərk ediblər. RLS-də  Azərbaycanın müxtəlif bölgələrindən – Qəbələ, Bakı, Ağdaş, Göyçay, Şəkidən olan insanlar işləyirdi. Stansiya bağlanandan sonra keçmiş işçilər də  məcburən başqa sahələrə üz tutdular. Bağçanın fəaliyyəti dayandırılıb. Ona görə ki, onun maliyyə tərəflərini idarə etmək çətin idi. Məktəb isə rayon Təhsil şöbəsinin balansında olduğu üçün fəaliyyətini davam etdirir. Orada çalışan müəllimlər əvvəlki kimi işləyirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu