Modern.az

Milli Qəhrəman Koroğlu Rəhimov - ona niyə 20-ci əsrin Koroğlusu deyilir? - VİDEO

Milli Qəhrəman Koroğlu Rəhimov - ona niyə 20-ci əsrin Koroğlusu deyilir? - VİDEO

Aktual

3 İyul 2020, 12:17

Üç övladını, ailəsini geridə qoyaraq könüllü cəbhəyə yollanan “XX əsrin Koroğlusu” – Milli Qəhrəmanımız Koroğlu Rəhimov.

 

20 yanvar, Xocalı faciələrindən sonra xalqın çətin günündə Koroğlu Rəhimov evində rahat otura bilmir.

 

1992-ci il 17 martda könüllü olaraq Milli Ordu sıralarına yazılaraq motoatıcı hərbi bölüyün komandiri təyin edilir.

 

Dəstəsi ilə birlikdə 13 iyunda Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç kəndlərini erməni işğalçılarından azad edir.

 

Döyüşdə dəstəsi ilə birlikdə 15 erməni yaraqlısını məhv etdikdən sonra 4 nəfəri də əsir götürərək xeyli silah-sursat ələ keçirir.

 

Onun komandanlığı altında bir-birinin ardınca Mənəşli, Başkənd, Madagiz və Gülüstan kəndləri də düşməndən təmizlənir.

 

21 iyunda Madagiz kəndi uğrunda yenidən döyüş başlanır.

 

Koroğlu Rəhimov tabor komandirinin bir neçə əsgərlə birlikdə mühasirədə qaldığını öyrənir və öz dəstəsi ilə birlikdə xilasetmə əməliyyatı təşkil edir.

 

Uğurla nəticələnən əməliyyat sayəsində Madagiz kəndi də ikinci dəfə işğaldan azad olunur.

 

1992-ci il 3 iyulda cəsur komandirin əmri ilə bölük Ağdərə istiqamətində hücuma keçir.

 

Lakin bu, Koroğlu Rəhimovun Vətəni uğrunda sonuncu mübarizəsi idi.

 

Şəhid olandan iki il sonra 1994-cü ildə Prezident Heydər Əliyevin Fərmanı ilə Koroğlu Rəhimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülür.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!