Modern.az

ARB24-ün 4 əməkdaşı koronavirusa YOLUXDU

ARB24-ün 4 əməkdaşı koronavirusa YOLUXDU

3 İyul 2020, 12:40

ARB24 telekanalının 4 əməkdaşında koronavirus aşkarlanıb.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilk testi pozitiv çıxan 2 əməkdaşın karantin şəraitində 1 həftə saxlanıldıqdan sonra verdiyi növbəti testin nəticəsi neqativ çıxıb və onlar artıq evə buraxılıblar.

1 əməkdaş isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda 1 əməkdaş müalicəsi xəstəxana şəraitində davam etdirilir. O, özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur.

 

Bundan başqa, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar 2 qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, ARB24 telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayım verilişlərin sayı azaldılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər